Mamed Bağırov: "Jurnalistka üzrə magistr təhsilim də var" REAKSİYA

Mamed Bağırov: "Jurnalistka üzrə magistr təhsilim də var" REAKSİYA

"Bir neçə gündür adını “jurnalist” qoyan cızma-qara "ustaları" cənab Prezident tərəfindən mənzillə təmin olunan KİV nümayəndələrinə qarşı qarayaxma kampaniyası aparırlar. Tanımadıqları jurnalistlər haqqında sosial şəbəkələrdə şər-böhtan yazmaqla məşğuldurlar. Onların hansı sifarişləri yerinə yetirdikləri hamıya məlumdur. Görünür, bu nadanlar sahiblərinin tapşırığı ilə mənzil bölgüsünə ləkə vurmaq iddiasına düşərək Prezidentimiz tərəfindən atılan analoqu olmayan nəcib addımı gözdən salmağa çalışırlar". Bunu SİA-ya açıqlamasında jurnalist diplomlu, üstəlik jurnalistika üzrə magistr diplomu almış, uzun illər mətbuatda çalışan Səs İnformasiya Agentliyinin əməkdaşı Mamed Bağırov deyib.

M.Bağırov haqqında yazılanlara da münasibət bildirib: "Bəzi şəxslər heç bir əsası olmayan, qərəzli "faktlar" yaymağa çalışırlar. Guya mən heç vaxt jurnalist kimi çalışmamışam. Sübut etsinlər, nəyə əsaslanıb mənim jurnalist olmadığımı deyirlər? Həm bakalavr, həm də magistr diplomum jurnalistika ixtisası üzrədir. 2004-cü ildən mətbuatdayam, ilk iş yerin "Azad Azərbaycan" qəzeti olub, sonra "Ümid çırağı" jurnalında çalışmışam. 8 ildir ki, SİA-da işləyirəm. Mənə texniki işçi niyə deyirlər, başa düşmürəm. Yalanın da bir həddi var axı. Neçənci dəfədir ki, qaragüruhçular mənim də adım olan "siyahı"nı tirajlamaqla məşğuldurlar. Bunu yazanlardan birinin qeyrəti çatmır ki, gəlsinlər redaksiyalara və hər şeyi yerindəcə öyrənsinlər. Çünki bilirlər ki, yalan yazıblar. Ona görə də sosial şəbəkələrdə "at oynadırlar".

Əməkdaşımız özü haqqında bir daha qısa məlumat vermək istədiyini bildirib: "14 ilə yaxındır ki, media sahəsində çalışıram. Jurnalistka üzrə magistr təhsilim də var. Müxbir kimi fəaliyyət göstərməklə yanaşı, montaj, dizayn və s. işlərini də yaxşı bilirəm. Yəni, 4-5 işin öhdəsindən gəlirəm. Bu o demək deyil ki, mən texniki işçiyəm. Müxtəlif saytlarda və qəzetlərdə kifayət qədər məqalələrimlə tanış ola bilərsiniz. Diplomlarımın şəklini burada paylaşıram ki, görmək istəməyənlər də görsünlər".

Bütün xəbərlər Facebook səhifəmizdə