Sürətinizi zolağa uyğun seçin ki, qəzaya səbəb olmayasınız! BNA-VİDEO
Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq hərəkət iştirakçıların və sərnişinlərimizin maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
BNA-dən SİA-ya verilən məlumata görə, bu çərçivədə hazırlanan növbəti videoçarxı təqdim edirik.
Videoçarx bu gün sürücülərin əksəriyyətini narahat edən aktual problemə həsr edilib. Belə ki, bir çox sürücülər avtomagistrallarda sürətlərini hərəkət zolağına uyğun tənzimləmirlər ki, bu da əksər hallarda qəzaya səbəb olur. Təqdim etdiyimiz videoçarxda da sürücülərimizə sürətlərini hərəkət etdikləri zolağa uyğun tənzimləmələri tövsiyə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB