Ev alan jurnalistlərin TƏƏSSÜRATLARI II HİSSƏ

Jurnalistlərin mənzillə təmin olunması dünyada analoqu olmayan bir hadisədir. Kiçik dövlət omasına baxmayaraq hər zaman böyük işlər və layihələri ilə seçilən Azərbaycan dövləti bu sahədə də dünyada ilkə imza atmış oldu. Beləliklə Azərbaycan Prezidentinin sərəncamı ilə həyata keçirilən bu proses artıq ölkəmizdə davamlı olaraq həyata keçirilməkdədir. 19 iyul 2017-ci il tarixində jurnalistlər üçün ikinci binanın açılışı və həmin gün növbəti binanın təməlinin qoyulması buna bariz nümunədir. Təbii ki, bu prosesdən ən çox sevinən məhz qələm əhlidir. Mənzil alan hər bir jurnalist artıq bir neçə gündür ki, sevinc hisslərini paylaşır, onlara göstərilən diqqətə görə dövlətə və Dövlət başçısına çatdırmağa çalışırlar.

SİA olaraq biz də həmkarlarımızın təəssüratlarını oxucularımızla bölüşürük:

“Səs” qəzetinin siyasət şöbəsinin xüsusi müxbiri Rövşən Rəsulov: “ Əlbəttə, təəssüratlarımız böyükdür. Bizə bu hədsiz sevinc hisslərini yaşadan ölkəmizin Prezidenti cənab İlham Əliyevə, eləcə də bu işdə zəhməti keçən hər bir kəsə təşəkkürlərimizi bildiririk. İkinci jurnalistlər binasında yaşayacaq 255 həmkarımı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm.

Jurnalistlərə təqdim olunan binanın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev cənabları vurğuladı ki, ölkəmizdə yürüdülən əsas siyasi istiqamətlərdən biri də sosial yönümlü siyasətdir və bu siyasət hər zaman inkişaf etdiriləcək. Məhz bu faktoru nəzərə alarkən, ölkə başçımız növbəti-3-cü binanın təməli qiyma mərasimində iştirak etdi və qeyd etdi ki, növbəti bina Milli Mətbuatımızın 145 illik yubileyində təhvil veriləcək.

Ölkə başçımız öz nitqində jurnalistlərə olan etimadını bir daha nümayiş etdirərək, onu da vurğuladı ki, hər bir media işçisi Azərbaycanın inkişafında dövlətə dəstəyini göstərməlidir və göstərir də. Bu baxımdan, cənab Prezident jurnalistləri özünün köməkçisi kimi qiymətləndirdi və çox yüksək şəkildə öz dəyərini vermiş oldu. Əbəs yerə deyil ki, dövlət rəhbəri növbəti dəfə Jurnalistlərin Dostu mükafatına layiq görüldü. Bəli, O, hər zaman jurnalistlərin dostu olaraq, bu cameənin yanında olub, media işçilərinin sosial problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması, eyni zamanda fəaliyyətlərini daha müasir informasiya texnologiyaları çərçivəsində aparmaları üçün əvəzsiz töhfələrini verib. Əlbəttə, bizlər də bundan sonra öz fəaliyyətimizdə daim dövlətçilik maraqlarımızın qorunmasında, Azərbaycanımızın inkişaf və tərəqqisində əməyimizi əsirgəməyərək, daha güclü coşqu hissi ilə çalışacaq, ölkə rəhbərimizin bizə olan etimadlarını doğrultmağa davam edəcəyik”.

“Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Aqşin Şahinoğlu: “Dövlətimiz tərəfindən evlə təmin olunan jurnalistlər sırasında olduğuma, Prezidentimiz tərəfindən belə yüksək mükafatla təltif olunduğum üçün sonsuz sevinc hissi yaşayıram. Uzun illərdir bir yerdə çalışdığımız dostların da bu gün eyni sevinci yaşaması adamı ikiqat xoşbəxt edir. Belə gözəl təşəbbüsə, hər birimizə böyük xoşbəxtlik bəxş etdiyinizə və mətbuata sözün həqiqi mənasında böyük DOST münasibətinizə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Həmçinin bu prosesin şəffaf və ədalətli şəkildə həyata keçirilməsini təmin etmiş, böyük zəhməti olan Azərbaycan Prezidentinin İctimai – siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova və İctimai – siyasi şöbənin bütün əməkdaşlarına, mənə və həmkarlarıma dəstək olan "Yeni Azərbaycan" qəzetinin kollektivinin hər bir üzvünə, sevincimizə şərik olan və təbrik edən bütün həmkar və dostlara sonsuz təşəkkürlərimi çatdırıram. Nəhayət, ev almış bütün həmkarlarımı ürəkdən təbrik edirəm”.

“Səs” qəzetinin məsul katibi Mətləb Salahov: “ Ölkəmizdə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımların hər biri Azərbaycan Prezidentinin azad sözə, yaradıcı jurnalistikaya verdiyi qiymətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata diqqət və qayğısının bariz nümunəsi olaraq, mən də ev alan jurnalistlərin siyahısında yer almışam. Cənab Prezident bu xeyirxah addımı ilə neçə-neçə evsiz-eşiksiz jurnalistə, sözün əsl mənasında böyük sevinc bəxş etdi. Bir jurnalist olaraq, hörmətli Prezidentimizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Çünki yaradıcı insanlar üçün sərbəst, sosial qayğılar və problemlər olmadan fəaliyyət göstərmək çox zəruri məsələdir. Dövlətin yaradıcı insanlara bu cür dəyər verməsi, sözün əsl mənasında alqışlanmalı hadisədir. Mən əminəm ki, milli jurnalistikamız qarşıdakı illərdə bu qayğı və dəstəyə peşəkarlığın artırılması və sürətli inkişafla cavab verəcək”.

“Yeni Azərbaycan” qəzetinin siyasət şöbəsinin müdiri Pərviz Sadayoğlu: “Dövlətimizin biz jurnalistlərə hədiyyəsi olan binadan üç mənzil bizə yəni “Yeni Azərbaycan” ailəsinin qismətinə düşdü. Göstərilən diqqətə və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk. Həmçinin, mənzillərin bölüşdürülməsi ilə bağlı prosesin yüksək səviyyədə həyata keçirilməsinə görə, Azərbaycan Prezidentinin İctimai – siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova və bu işdə zəhməti, xidməti olan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk. Bir daha bizə göstərilən etimada görə ailəm adından, şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Mən də öz növbəmdə bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, yazının I hissəsi ötən gün saytımızda yayımlanıb: http://sia.az/az/news/social/627807.html

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə