26 iyul 2017-ci il tarixində Qazaxıstanın Astana şəhərində "EXPO-2017 − Gələcəyin enerjisi" adlı beynəlxalq sərgi keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası sərgi çərçivəsində "Energy, Life, Science" mövzusunda konfrans təşkil edəcək. Konfransda AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev "Xəzər dənizində qaz hidratları", AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov "Nazik təbəqəli günəş elementləri" və AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Təbii katalizatorlardan istifadə etməklə bitki ehtiyatlarından biomotor yanacaqlarının və onlardan komponentlərin alınması" adlı məruzələrlə çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB