Astarada 210 nəfər işlə təmin olunub

Astarada 210 nəfər işlə təmin olunub
Astarada əmək yarmarkası təşkil olunub.SİA-nın cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin sərəncamı və Baş Məşğulluq İdarəsinin təşkilatçılığı ilə baş tutan yarmarkaya 24 işəgötürən tərəfindən 184 boş iş yeri təqdim olunub. Bunlardan 109-u qulluqçu, 78-i fəhlə iş yerləri olub. İşəgötürənlərdən 11-i özəl müəssisə olub. Onların təklif etdiyi 37 iş yerində orta aylıq əmək haqqı 250 manat təşkil edib. Həmişə olduğu kimi təhsil və səhiyyə sahələrinə işə düzəlmək istəyənlər daha çox olub. Rayon Məşğulluq Mərkəzinin direktoru Vasif Həsənov bildirib ki, 2010-cu ilin ötən dövrü ərzində 236 nəfər işlə bağlı mərkəzə müraciət edib ki, bunlardan 210 nəfəri müvafiq işlə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə