İyulun 18-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə cari ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə geniş məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhər prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.
Bakı Şəhər Prokurorluğunun məlumatına görə, ilin birinci yarımilində 6644 cinayət hadisəsinin qeydə alındığı, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların açılma faizinin 0,3 faiz artaraq 79,9 faiz, ağır və xüsusilə ağır cinayətlərin sayının 38 hadisə və ya 3,4 faiz azalaraq 1070 olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, hesabat dövründə qeydə alınmış 31 qəsdən adamöldürmə cinayətinin (2016-cı ilin müvafiq dövründə həmin sayda), o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adamöldürmə cinayətlərinin, eləcə də 7 qəsdən adamöldürməyə cəhd cinayətinin (2016-cı ilin müvafiq dövründə 13 hadisə) açılması təmin edilib.
Bu ilin birinci yarımilində qəsdən adamöldürmə cinayətlərinin sayı sabit qalıb, qəsdən adamöldürməyə cəhd cinayətlərinin sayı isə azalıb. Bu da Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində aparılan işlərin göstəricilərindən biridir. Hesabat dövründə isə 38 quldurluq hadisəsi, yəni, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə az baş verib, onlardan 7-si bağlı qalıb. Ölümlə nəticələnən 87 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən bağlı qalanı olmayıb.
Diqqətə çatdırılıb ki, şəhərin prokurorluq orqanlarının icraatında olmuş 551 işdən 276-sı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 5490 cinayət işindən 2369-nun istintaqı tamamlanıb. Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun istintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 1 milyon 275 min manat maddi ziyandan 13,6 faizi yəni, 168 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 13 milyon 761 min manat maddi ziyandan 55 faizi (7 milyon 562 min manatı) istintaq zamanı ödətdirilib.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, yol verilmiş nöqsanlar da diqqətə çatdırılıb. Bildirilib ki, quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, onlardan 7 cinayət faktının tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkarlanan nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib, onların aradan qaldırılması tələb olunub.
Xüsusi qeyd olunub ki, vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Prezidenti İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib. Hesabat dövründə şəhər prokurorluğu orqanlarında vətəndaşların 8066 müraciətinə baxılıb. Həmin müraciətlərdən 2144-ü baxılaraq həll edilib, o cümlədən 828 müraciət təmin edilib. Bu dövrdə 3868 vətəndaş qəbul edilib, rayon prokurorları tərəfindən 1328 nəfər, Bakı Şəhər Prokurorluğunda 1286 nəfər, onlardan da 225-i şəhər prokuroru tərəfindən qəbul olunub.
Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. İlin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 5-i tutduğu vəzifədən azad olunub.
Müşavirədə şəhər prokurorluğunun bütün struktur qurumlarından xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunub.
Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.
Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən şəhər prokurorluğu orqanları bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə Bakıda ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək. (AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



