"Buna Türkiyə Milli Təhlükəsizlik Şurası qərar verəcək"

"Buna Türkiyə Milli Təhlükəsizlik Şurası qərar verəcək"

"Qarşıdan gələn bazar günü Milli Təhlükəsizlik Şurasının iclası var, fövqəladə vəziyyət rejimi ilə bağlı müzakirə ediləcək". SIA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Ankara Ticarət Dərnəyində təşkil edilən "15 iyul" panelində çıxışında bildirib.

R.T.Ərdoğan deyib ki, fövqəladə vəziyyət rejiminin davam etməsinin tərəfdarıdır və bunu hökumətə çatdıracaq: "Milli Təhlükəsizlik Şurasının iclasında fövqəladə vəziyyət rejiminin uzadılmasının dəstəklənəcəyinə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə