10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən cari ilin 6 ayı ərzində qanunsuz ağac kəsiminə qarşı 22 akt, 23 inzibati protokol tərtib edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tərtib edilən protokola əsasən 23 min manat inziati cərimə kəsilib. Bundan 1556 AZN-in ödənmilməsi təmin edilib, tərtib edilmiş 15 akta əsasən təbiətə dəymiş ziyan 22 min 590 manat həcminə hesablanıb. 22 min 400 AZN-ik cərimə məbləği qanunvericiliyin tələblərini pozan şəxslər tərəfindən ödənilmədiyi üçün məcburi icra olunması məqsədi ilə Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilib.
Bununla yanaşı il ərzində şöbə tərəfindən ekoloji təbliğat və monitorinq sektoru əməkdaşları 30 müşahidə aktı tərtib edib.
Müəllif: İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB