“Dünya azərbaycanlılarının palitrası” kitabı Hollandiya məktəblilərinə təqdim edilib
“Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimlinin qızı Aidə Mirhəşimli Hollandiyada oxuduğu orta məktəbdə video və foto konfrans şəklində 1 saatlıq “Azərbaycan dərsi” keçib. Azərbaycan Respublikası Diaspor Jurnalistləri Birliyinin Mətbuat Xidmətindən SİA-ya verilən xəbərə görə,O, bir saat ərzində Azərbaycanın tarixi, mədəniyyəti, turizm sektoru, eləcə də Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında şagirdlərə və müəllim kollektivinə məlumat verib.
Aidə Mirhəşimli, eyni zamanda “Dünya azərbaycanlılarının paltirası” kitabını da orta məktəbdə təqdim edib.
Qeyd edək ki, “Dünya azərbaycanlılarının paltirası” kitabının Hollandiyanın digər məktəb və kitabxanalarında təqdimatının keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB