Bu günlərdə Excelsior Hotel & Spa Baku otelində “Summer Party” keçirilib. Gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi oldu. Nümayiş BFC-nin (Baku Fashion Club) dəstəyi ilə təşkil olunub. Gülümün işləri həmişə qadın bədəninin bütün gözəlliklərini vurğulayan ideal xətlərlə seçilir. Baku Fashion Night layihəsinin daimi iştirakçısı olan dizayner, həmçinin, Most Stylish One, Baku Fashion Week layihəsində də iştirak edib.
Gecədə media nümayəndələri də iştirak etmiş, onların arasında Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, populyar müğənni Miri Yusif, Milli geyim mərkəzi və Moda evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və bir çox başqaları da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB