YAP GB tərəfindən boulinq yarışı keçirilib

YAP GB tərəfindən boulinq yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) tərəfindən Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP təşkilatlarının Gənclər birlikləri arasında boulinq yarışı keçirilib. SİA-nın xəbərinə görə, layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzi anlayışını aşılamaqdır.

Tədbiri Gənclər Birliyinin sədri Seymur Orucov açaraq, yarış iştirakçılarına uğurlar arzulayıb. YAP təşkilatlarının Gənclər Birlikləri arasında boulinq yarışının sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə