Məmməd Əliyev kimi daim vicdanını dinləyən insandan nümunə götürməliyik
Həyatı prinsiplərlə yaşamaq daim axtarışda olmaq deməkdir. Bu, axtarış verilən hər qərarda gerçəyi və doğrunu tapmaq deməkdir. Belələri daim başqalarını xoşbəxt görəndə özləri də xoşbəxt olurlar, onlar kin saxlamırlar, bağışlayandırlar. Mənfəətpərəst deyillər, düşmənləri belə onlara güvənir, etibar edir. Çünki onların özləri və sözləri birdir, riyakarlıqdan, yalandan uzaqdırlar. Onlar yardım etməyi xoşlayırlar. Daim öyrənirlər, ibrət alırlar, başqalarından da faydalanırlar. Missiyaları konkretdir, həyatın gerçəkləri onları dəyişmir. Heç nəyi israf etmirlər, daxilən zəngindirlər. Ruhlarını, vicdanlarım qidalandırırlar...
Elə haqqında söz açdığım Məmməd müəllimin də fikrincə, insanı dəyərli edən nə mənsubu olduğu millət, nə tutduğu vəzifə, nə də var-dövlətdir. Onun sözlərinə görə, yalnız sadiq, şəfaf, prinsipial yaşamaqla həqiqi xoşbəxtliyə nail olmaq mümkündür. İndi isə gəlin, Məmməd müəllimlə - prinsiplərinə həmişə sadiq qalan, yalnız vicdanının səsinə qulaq asan peşəkar hüquqşünas, dəyərli ziyalımız, ictimai xadimlə daha yaxından tanış olaq.
Əliyev Məmməd Ağalar oğlu 29 iyun 1964-cü ildə zəhmətkeş ailəsində anadan olmuşdur. 1981-ci ildə kənd orta məktəbi bitirmişdir. 1982-1984-cü illərdə SSRİ-nin Daxili Qoşun Hissələrində hərbi xidmət keçmişdir. 22.02.1984-cü il tarixdən 11.10.1984-cü il tarixədək 250 dəfə qüsursuz hərbi silahlı döyüş tapşırığı yerinə yetirdiyinə görə SSRİ Daxili Qoşun Komandanlığı tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşdur. 1984-cü ildə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasının sıralarına namizədliyə qəbul olunmuş, 1986-cı ilin sentyabr ayında tələbə olarkən Bakı Şəhəri sabiq Oktyabr rayon Partiya komıtəsinin bürosunda partiya sıralarına qəbul olunub (No 22799758) saylı partiya biletini almışdır. 1990-cı ilin məlum yanvar hadisələrində Sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş amansız qətliyamlara etiraz olaraq rəsmi müraciəti əsasında partiya sralarından imtina etmişdir...
Azərbaycan Respublikasında (1985-1990-cı illər) mühəndis, Rusiya Federasiyasında (1993-1999-cu illər) hüquqşünas olaraq iki ali təhsil almışdır. Əmək fəaliyyətinə Dövlət Neft Şirkətində başlamışdır.
Uzun müddət müxtəlif idarəetmə orqanlarında, 14.11.2000-ci ilə kimi ARDNŞ-də 10 dərəcə ali hüquqşünas vəzifəsində işləmişdir.
Həmin tarixdə 36 yaşında möhtərəm Prezidentimiz cənab ilham Əliyevin 24.10.2000-ci il tarixli No İ.Ə-34 saylı "Zəmanət məktubu" əsasında ARDNŞ-nin 10-cu dərəcəli hüquqşünas vəzifəsindən müstəsna halda birbaşa Baş Prokurorluğun mərkəzi aparatında şöbə prokuroru vəzifəsinə təyin edilərək II dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mərkəzi aparatında işlədiyi 10 il müddətində Baş prokuror Z.Qaralovun silsilə əmrləri ilə peşəkar iş təcrübəsinə, əmək və icra intizamını mükəmməl yerinə yetirdiyinə görə Məmməd Əliyev 2000-2007-ci illərdə şəxsi işinə yazılmaqla dəfələrlə təşəkkürlər və mükafatlandırma qaydasında növbədənkənar xüsusi rütbələrə layiq görülmüşdür.Ədliyyə müşaviridir.
Məmməd Əliyev Dövlətimizin ən ali mükafatı olan Heydər Əliyev ordenli xalq yazıçısı Anarın sədrlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Konstitusiya Günü münasibətilə Azərbaycan Ədəbiyyat Fondunun "Şərəf mükafatına layiq görülmüşdür. "Əmək, əmək haqqının səmərəli təşkilinin hüquqi təminatının təkmilləşdirilməsinin nəzəri metodoloji prinsipləri" adlı namizədlik dissertasiyasını bitirmişdir.
Bu təvazökar insan, ictimai xadim təsadufi deyil ki,vəzifə borcundan irəli gələn ciddiliyi, təmkinliliyi ilə yanaşı, həmdə numunəvi ailə başçısıdır.Ailəlidir, üç oğul atasıdır.
1992/1993-cü illərdə Ulu Öndərimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtmazdan öncə O, Naxçıvan Muxtar Respublikasında olduğu tarixdə, o dövrün vətənpərvər gənclərinə xüsusi ehtiyacı olan bir zamanda Məmməd Əliyev Ulu Öndərimiz Heydər Əliyevə sonsuz sədaqətini göstərərək, 24.02.1993-cü il tarixdə, yeni doğulan övladına Heydər adını verməklə, dövlətimizə etdiyi xidmətlərin ən müqəddəsini yerinə yetirdiyi qənaətindədir.
Buna görə o dövrün qaraguruhunun təzyiqlərinə məruz qalsa da heç nədən çəkinməmiş, hətta 1993-1994-cü illərdə böyük dövlət xadimlərimizdən Murtuz Ələsgərova ağır bədən xəsarəti yetirməklə, yaşadıqları evlərinin qarşısında xüsusi amansızlıqla Əjdər Xanbabayevi, Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu qətlə yetirdikləri illərdə ölümdən belə qorxmamış əqidəsindən dönməmişdir.
Hətta о dövrdə Heydər Əliyevin sevdiyi dərgi olan "Səs" qəzetinin 12 may 1993-cü il tarixli 24 (107) sayında böyük cəsarət göstərərək Ulu öndərin 70 illik yubileyi ilə bağlı "Hər iki Heydər yüz yaşasın" adlı məqalə ilə çıxış etmişdir. Bununla həmişə qürur duymuş, fəxr etmiş, iftixar hissi keçirmişdir.
Məmməd Əliyev həmin о olduqca təhlükəli günləri həyəcanla xatırlayır: "Çox dəyərli ziyalılarımız Ziya Bünyadov, Murtuz Ələsgərov, Fəraməz Maqsudov, Rafiq Qasımov, İbrahim Mehdiyev, Kərim Ağayev, Turan Əliyev, Vüqar Rəhimzadə, Akif Qənbərov və başqalarının köməyi ilə о dövrdə bizi təqib edən azğın, üzdəniraq hakimiyyət nümayəndələrindən qorunmaq üçün görüş yerimizi tez-tez dəyişərək "Tənqid-Təbliğ" teatrında, "Bakı" kinoteatrında, Protez ortopediya-bərpa mərkəzində və digər yerlərdə tədbirlər keçirərək hələ yenicə formalaşan Yeni Azərbaycan Partiyasının məramnaməsini və Ulu öndərimiz Heydər Əliyevin ideyalarını təbliğ edirdik. О dövrdə yuxarıda adlarını çəkdiyim dəyərli ziyalılarımızın iştirak etdiyi YAP-ın Xətai rayon konfransında (06.03.1993-cü il) yekdilliklə yenicə formalaşan Partiyanın ilk təftiş komissiyasına sədr seçilmişəm".
Məmməd Əliyevin "Azərbaycan", "Respublika", "İki Sahil", "Səs","Əbədi Yol", Kafqaz NEWS, Karrupsiya və Qanun, və s. qəzetlərdə Ulu öndər Heydər Əliyevin ölməz ideyaları və möhtərəm Prezident İlham Əliyevin titanik fəaliyyəti ilə bağlı çap olunan sanballı məqalələri respublika ictimaiyyəti tərəfindən böyük rəğbət qazanmışdır. "Azərbaycan Prokurorluğu", "Hüquqi dövlət və Qanun", "Elmi əsərlər" və "Hüquq problemləri "Sports MAN elmi-kütləvi jurnallarında Məmməd müəllimin elmi məqalələri çap olunmuşdur. Bir çox dövlət tədbirlərində geniş məzmunlu çıxışları ilə dövlətimizin inkişafı və tərəqqisi yolunda televiziya kanallarindakı qürurverici müsahibələri ilə həmişə diqqət mərkəzindədir. Dövlət İdarəçiliyi jurnalının redaksiya şurasının sədri Prezident Administrasiyasının rəhbəri Cənab Ramiz Mehdiyevin (Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə (elmi-nəzəri jurnal.) jurnalının 2012, No2(38) sayının Siyasət bölümündə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 10 illik Prezidentlik fəaliyyəti ilə bağlı Məmməd Əliyevin "Xalqımız və Dövlətimiz üçün uğurlu 10 il, Milli intibahın şərəfli mərhələsi" adlı məqaləsi Yeni Azərbaycanımızın inkişaf zirvəsini ğeniş çalarlarla mükəmməl göstərərək seçilən bir əsər yazmışdır.
Mənim, sənin, bizim tanıdığımız peşəkar hüquqşünas Məmməd Əliyev Bakı Şəhər Prokurorluğunda işləyir. O, bəzi sələfləri kimi tutduğunu kəsmir. Çünki insançıdır, Yıxılana əl uzadır, günahkara tövbə etməyə aman verir ki, səhvini düzəltsin.
Məmməd Əliyevin simasında hakimiyyət haqqında özəl təsəvvürlər yaranır. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin idarəçiliyinin "dövlətçilik təcrübəsi mükəmməldir" nidaları doğurur. bu nidaların fövqündə duran yüksək dövlət adamı sevilir.
Bakı Şəhər Prokurorluğuna pənah gətirənlər Məmməd Əliyevin simasında yüksək inkişaf etmiş, hər bir şikayətçiyə və onun haqqına hörmətlə yanaşılan normal cəmiyyətlər üçün yüksək mədəni rəftarlı dövlət məmuru görürlər.
Məmməd Əliyev kabinet zəhmiylə özünü saydırmır. O, əlindəki imkanlardan insanlıq naminə istifadə edir.
Bakı Şəhər Prokurorluğunda sadə insanlarla davranış nümunəsi - hakimiyyət arasında münasibətlərin, rejimin mahiyyətinin fenomenal xüsusiyyətlərini incələyir. Məmməd Əliyev hər bir şikayətçini elə səmimi qəbul edir ki, yəni, hər biri ilə öz arasında sədd, fərq görmür. Hər kəsi öz zirvəsinə qaldırır. Məhz bu əlamətləri cəmiyyətimizin narazı təbəqəsi olan şikayətçilərin ruhunu tərbiyyələndirir. Bəli, Bakı Şəhər Prokurorluğunda qəbul sistemi biganəliklə deyil, fədakarlıqla həyata keçirilir. Mənəviyyat və əxlaqi meyarlar üstündə davam edən rejimi - ən uca dəyərə layiqdir.
Bu gün Məmməd Əliyevin 24 yaşlı oğlu Heydər Əliyev bu böyük adı şərəflə daşımaq, bu ada layiq olmaq üçün elm və təhsilin zirvələrinə doğru inamla addımlayır. Moskva şəhərində Rusiya Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində Magistr pilləsinni bitirib ,o da qardaşı Cavanşir Əliyev kimi əlaçı diplom alandan sonra 2016-cı ilin tədris ilində (MGİMO)-da, Moskva Dövlət Beynəlxalq Münasibətlər insititutunda,Beynəlxalq hüquq və Avropa Birliyi Hüququ ixtisası üzrə asperanturada təhsilini davam etdirmək arzusundadır. Taleh Heydər Əliyeva bir azda önəm verdi. O, öz bacarığını, intelektini, savadını təkrar sınamaq üçün sənədlərini iki istiqamətdə Moskva Dövlət Humanitar --İqtisadiyyat Universitetinin Hüquqşünaslıq ixtisası üzrə və Moskva Dovlət Əmək və Sosial Münasibətlər Akademiyasının Dünya İqtisadiyyatı ixtisasları üzrə aspirantura pillələrində imtahanlarını vermək üçün mübarizəya qoşuldu. İki ay vaxt keçməsinə baxmayaraq artıq gərgin mübarizə arxada qalmışdır. Oğlum hər iki təhsil ocağına həm Hüquq sahəsi üzrə, həm də Dunya iqtisadiyyati üzrə aspirantura pilləsinə qəbul olunmuşdur. Hazırda hər iki tanınmış təhsil ocağında təsilini davam etdirir. Böyük müvəffəqiyyətinə, böyük uğuruna görə oğlum Heydər Əliyevi təbrik edirik. Xüsus ilə qeyd etmək istəyirəm ki, Planetimizin parlaq simalarindan biri olan böyük ziyalımız Azərbaycan Respublikasının RF-kı səfiri hörmətli Polad Bülbüloğlunun Ulu Öndərimiz Heydər Əliyev irsinə olan sadiqliyinin bariz nümunəsi olaraq, Əbədiyaşar Prezidentimiz Heydər Əliyevin adını daşıyan oğlum Heydər Əliyevin Moskva şəhəridə oxuduğu təhsil və bütün ödəniş xərclərini həm ölkəmizdə, həmdə xarici dövlətlərdə xeyirxah əməl sahibi kimi taninan, daima yaddaşlarda yaşayan böyük şəxsiyyət Aydın Qurbanov (Arzu Əliyeva, Səməd Qurbanov) Fondu tərəfindən ödənilməsinə dəstək olmuşdur. Bu məsələdə oğluma qayğısını əsirgəməyən Səfirliyin məsul əməkdaşlarından Vuqar İmaməliyeva və Arif Babayeva və Fondun rəhbərliyinə minnətdarlığımızı bildiririk. Məmməd Əliyevin Prokurorluq orqanlarına müstəsna halda 36 yaşında yeganə Prokurorluq işçisi kimi Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin "Zəmanət Məktubu" əsasında Prokuror vəzifəsinə təyin olunması, bu təyinatla qüsursuz və şəffaf işlədiyi kollektivda tutduğum vəzifədə, davranış kodeksinda, vətəndaş - məmur münasibətindəki sağlam prinsipiallığı, uzun illər sadiqliyimin bariz nəticəsi olaraq Möhtərəm prezidentimiz cənab İlham Əliyevin Əliyevlər ailəsinə göstərdiyi bu böyük qayğı Moskva şəhəri kimi böyük meqapolisdə təhsil alan üç oğlunu Cavanşir Əliyevi və Aqalar Əliyevi da öz qayğısı ilə əhatə etmişdir. Əliyevlər ailəsi, onlara bizə göstərdiyi bu böyük qayğıya görə, XXI əsrin ən görkəmli siyasi və dövlət xadimi Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə çox sağ ol deyirlər. Bu çətin olduqca şərəfli həyat yolunda aspirant Heydər Əliyevə qələbələr arzulayaq...
O, baş qərargahı Moskva şəhərində yerləşən, Rəhbəri Leyla Əliyeva olan Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) və İDEA-nin üzvudür.
O, 2012-ci ilin avqust ayında Rusiya Federasiyası Rastov şəhərındə Rusiya Gənclər İttifaqının SNQ dövlətlərı üzrə təşkil etdiyi XXI əsrin Liderlərı tədbirində aktiv iştirak edərək I dərəcəli diploma laiq görülmüşdür.
Digər oğlu Cavanşir Əliyev BDU-nun hüquq fakültəsini bitirmişdir. Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkilliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İtifaqının birgə keçirdikləri tələbələrarası I Hüquq Olipmpiyadasının Final mərhələsində aktiv iştirak etdiyinə görə Sertifikatla, 2011-2012 tədris ilində Bakı Dövlət Universtitetinin nəznində ABA CEELİ və USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilən Hüquq Klinikası proqramını uğurla bitirdiyinə görə USAİD-in Azərbaycan nümayəndəliyinin rəhbəri tərəfindən şəhadətnamə ilə,Bakı Dövlət universtitetinin 2012-2013 tədris ilində Hüquq fakultəsində Elmi- içtimai tədbirlərin təşkilatçılığına, Dövlət gənclər siyasətində və tələbələrin Dövlətçilik yoluna istiqamətlədrilməsində aktiv fəaliyyətinə, elmi nəaliyyətlərinə və Liderlik keyfiyətlərinə görə Hüquq fakultəsinin Elmi Şurası tərəfindən 03.06 2013 cü il tarixdə Fəxri fərmanla, Təhsildə əldə etdiyi yüksək nailiyyətlərinə görə 02 fevral 2013 cü il tarixdə İcra Hakimiyyətinin "Fəxri Fərmanla" təltif olunmuşdur.O, Moskva Dövlət Beynəlxalq Münasibətlər insititutunda (MGİMO) Beynəlxalq hüquq və Avropa Birliyi Hüququ ixtisasının magistr pilləsi üzrə əyani təhsil alır. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər insititutunun nəzdnində olan (MGİMO) Avropa İttifaqi intitutunun direktorlar şurasının rəhbəri T.V.Şaşixinanın imzaladığı təqdimat əsasında Gənclərin 4-cü diplomatlar seminarına Rusiya, Ukrayina və Belarusiya dövlətlərinə gənc ekspert təyin olunmuşdur. 25 oktyabr 2013 cu il tarixdə " Будущее Россия " (Rusiyanın gələcəyi) Təşkilat Komitəsinin sədri E.K Polozovanın imzaladığı təşəkkürnamə ilə təltif olunmuşdur.
Qürurverici hal odur ki, Cavanşir Əliyev (MGİMO)-da, 28.05.2015-ci il tarixdə Dövlət imtahanı "5", Boloniya sistemi üzrə "A",və 04.06.2015-ci il tarixdə Diplom müdafiəsindən də (Magistr) "5", Boloniya sistemi üzrə "A" qiymətlərini alaraq əlaçı diplom almışdır.Bir Azəbaycanlı övladı kimi ən çox sevindirici hal odur ki, RF-nın Xarici Siyasətini tənzimləyən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsititutunun (MGİMO) Müəllim,Professor, Akademik heyyəti qarşısında İnsan Haqqlarının Qorunması və Avropa Birliyi Hüququndan Magistr dərəcəsinindən müdafiə vaxtı İnsititutunun rəhbərliy T.V.Şaşigina və MGİMO-nun qurucularindan olan 87 yaşlı Akademik L.M.Entin Cavanşir Əliyev mükəmməl cavablarından heyrətini gizlətmədən ona MGİMO-da Asperanturda təhsilini davam etdirmək təklifi verməsi fəxr olunasıdır!
2015-ci il sentiyabr ayından Cavanşir Əliyev (MGİMO)-da Asperantura pilləsində təhsilini davam etdirir. Hazırda o, Moskva Dövlət Beynəlxalq Münasibətlər insititutunda (MGİMO) Beynəlxalq hüquq və Avropa Birliyi Hüququ kafedrasının aspirantıdır.Uğurlar olsun...
Digər qardaşı Ağalar Əliyev,orta məktəbdə oxuduğu 2012-ci ildə Braziliya Ciu-Citsu döyüş növü üzrə Qarabağ İdman kulubunun ənənəvi III açıq birinciliyi çempionatında III yer tutduğuna çörə diplomla təltif olunmuşdur. O Bakı şəhərində Rus təmayüllü litçeyin X sinfini bitirib,2015-ci ilin tədris dərs ilində Moskva Dovlət Xalqlar Universitetinin Beynəlxalq Hüquq fakultəsinə yüksək göstəricilərlə əyani şobəsinə qəbul olunmuşdur.Hazırda Moskva şəhərində 2 - kurs tələbəsidir.
Övladların üçüdə ataları Məmməd müəllimin göstərdiyi yolla – Ulu Ondərimiz Heydər Əliyev yolu ilə gedəcəklərini qətiləşdiriblər.
Prokuror vəzifəsində işlədiyi 16 il ərzində Məmməd Əliyev barədə peşəkar iş təcrübəsinə görə geniş ictimaiyyət tərəfindən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə, Baş prokuror Zakir Qaralova,Bakı səhər prokuroru Əziz seyidova dəfələrlə minnətdarlıq teleqrammları göndərilmişdir.
Hətta Baş prokuror cənab Zakir Qaralov tərəfindən keçirilən rəsmı qəbullarda vətəndaşların Məmməd Əliyev - Bız şikayətçilərlə prokuror-vətəndaş münasibətlərini olduqga düzgün, şəffaf və milli dəyərlərimizə uyğun qurmaqla ayrı-ayrılıqda hər bir vətəndaşın Möhtərəm Prezidentimiz cənab İlham Əliyevdən razi qalmasını söyləməsi bizlərdə ğələcəyə ümüdü inamı daha da artırır deməsi, peşəkar hüquqşünas Məmməd Əliyevin olduqca çox böyük təcrübəsindən xəbər verir.
Onun rəhbərlik etdiyi Qəbul şöbəsində vətəndaşların müraciətlərinə çox həssaslıqla yanaşılır, təkliflərə, ərizə və şikayətlərə dərhal baxılır. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda, zəruri hallarda isə dərhal qəbul edilirlər. Müraciətlərə baxılandan sonra vətəndaşlara ətraflı, əsaslandırılmış və qanunla müəyyən edilmiş müddətdə cavab verilir. Şöbədə müraciətlərlə bağlı kargüzarlığın aparılma qaydalarına ciddi riayət olunur. Qəbul şöbəsində işlədiyi 4 ilə yaxın müddətdə Məmməd Əliyev 3201 vətəndaşın qəbul işini düzgün təşkil etmiş, bunlardan 1065 nəfər vətəndaşın qəbulu Bakı şəhər prokuroru cənab Əziz Seyidovla birğə aparılmışdır.
10 may 2013 cu il tarixdə Miniatür kitab muzeyinin qurucusu və rəhbəri Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təqdimatı əsasında Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibət ilə Məmməd Əliyev üzərində Heydər Əliyevin əksi həkk olunmuş qızıl "Nişanə" ılə mükafatlandırılmışdır.
Vicdan ən yaxşı hakimdir. Bizi əhatə edən reallıqlar, insanların bu və ya digər təzyiqləri, xüsusilə də çətinliklərə sinə gərmək istəməməyimiz qulaqlarımızı vicdanımızın səsinə bağlayır. Bax, elə bu yerdə Məmməd Əliyev kimi daim vicdanını dinləyən, əqidə və prinsiplərinə daim sadiq qalan, imtahanlardan uğurla çıxan insanları öyrənməli, onlardan nümunə götürməliyik.
İLQAR ABBASOV
Xuraman QULİYEVA
Natella ASENA
Bayram ƏLİYEV
Vaqif AŞURZADƏ
Qərib AZADXANLI
Səxavət QƏDİRLİ
Akif QURBANOV








.jpg)







.jpg)



.jpg)






.jpg)
.jpg)


























.jpeg)









%20(1).jpg)









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB