Bakıda vəhdət namazı qılınıb

Bakıda vəhdət namazı qılınıb

Bu gün Bakıda Heydər Məscidində 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə vəhdət namazı qılınıb. SİA-nın məlumatına görə, mərasim dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ruhuna "Yasin" oxunması ilə başlayıb.

Sonra vəhdət namazı qılınıb. Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaza qoşulublar.

"Heydər" məscidinin dini rəhbəri Hacı Sabirin rəhbərliyi ilə qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə