Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP təşkilatlarının Gənclər birlikləri arasında boulinq yarışı keçirilib. SİA-nın verdiyi məlumata görə, layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzi anlayışını aşılamaqdır.
Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq, yarış iştirakçılarına uğurlar arzulayıb.
YAP təşkilatlarının Gənclər Birlikləri arasında boulinq yarışının sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB