Səbuhi Abbasov: “Məmur övladları Leyla Əliyevadan dərs götürməlidirlər” AÇIQLAMA
“Son 5 ildə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında məmur ailələri ilə bağlı ciddi tapşırıqlar, tövsiyyələr verib. Bəzən ən sərt şəkildə, xalqın gözlədiyi kimi tənqidlər edib. Təbii ki, bu faktor cənab Prezidentin xalqın çağırışına olan adekvat münasibətidir və ancaq alqışlanmalıdır. Burada bir çox incə məqamlar var. Əvvəla onu qeyd edim ki, məmur övladlarının qudurğanlığına görə bəzən ölkəmizdə reallaşan ən mühüm tədbir belə gündəmdən itir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.
ASGA sədrinin sözlərinə görə, bəzən qudurğanlıq elə formaya keçir məcburən fikirləşirsən ki, yəqin bu olaylar qəsdən, sistematik şəkildə, ölkə başçısına təxribat məqsədi ilə həyata keçirilir: “Bir maraqlı hadisəni sizinlə bölüşüm. Bir neçə gün öncə İçərişəhər yaxınlığında qəfil bir polisin yolu bağladığını, sürücülərə kobudcasına "o biri yoldan get, ay eşşək" deyərək təhqir etdiyinin şahidi oldum. Düşündüm ki, yəqin gələn kimdirsə onu qorunmağa bu qədər ehtiyac duyulur. Təxminən ard-arda 6 avtomobil dayandı. İçindən təxminən 25-28 yaşı gənc oğlan düşdü, arxadakı avtombildən isə gənc xanım. Yadımda qalan o idi ki, iki gəncin ətrafında 8 cangüdən onları müşaiyət edirdi. Kafeni tamamilə boşaltdılar, cangüdənlər isə kafeyə yaxınlaşan hər kəslə potensial cinayətkar kimi davranırdılar. Daxili İşlər Nazirliyinin rəsmi əməkdaşı isə bu nazir balasının avtomobilinin qapısını açıb bağlamaqla məşğul idi. Hansı nazirin oğlu olduğunu bilirəm, sadəcə tam dəqiqləşdirib ictimailəşdirəcəm.
Hər kəs mənlə razılaşar ki, Prezidentin ailəsi ən yüksək səviyyədə qorunmalıdır. Amma hər kəs mənimlə razılaşar ki, bəlkə də dünyada Leyla və Arzu Əliyeva kimi sadə, təvazökar prezident övladları yoxdur. İstənilən tədbirdə Leyla xanım Əliyeva özü cəhd edir ki, gənclərin içinə girsin, onlarla söhbətləşsin. Hesab edirəm bütün məmur övladları Leyla Əliyevadan dərs götürməlidirlər. Prezidentin övladları bir daha onu sübut etdilər ki, əsas olan vəzifə deyil, əsas olan dünyagörüş, savad, xalqa xoş münasibətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB