“Elektron elm: beynəlxalq qurumlar, təşəbbüslər və hüquqi baza” ekspress-informasiya işıq üzü görüb

“Elektron elm: beynəlxalq qurumlar, təşəbbüslər və hüquqi baza” ekspress-informasiya işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təsis edilən Ekspress-informasiyanın növbəti sayı "Elektron elm: beynəlxalq qurumlar, təşəbbüslər və hüquqi baza" mövzusuna həsr olunub. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kitabçanın müəllifləri AMEA İnformasiya Texnologiyalarının baş mütəxəssisi Təhmasib Fətəliyev və sektor müdiri Məkrufə Hacırəhimovadır. Nəşrin elmi redaktoru isə texnika elmləri namizədi, dosent Zərifə Cəbrayılovadır.

Ekspress-informasiya respublikada həyata keçirilən "Elektron elm" proqramı çərçivəsində aparılan araşdırmalara həsr olunub. Kitabçada elektron elmin konseptual məsələlərinə toxunulub, bu problemin həlli ilə məşğul olan beynəlxalq qurumların fəaliyyəti, ilkin təşəbbüslər, normativ-hüquqi baza təhlil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə