Prezident İlham Əliyev iyulun 14-də görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.
Sərəncamda vurğulanır ki, Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verib, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB