Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şəmkirdə meşələrin təhlükəsizliyinin təmin olunması istiqamətində seminar-müşavirə keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, meşələrin mühafizəsinin təşkili istiqamətində lazımı tədbirlərin davam etdirilməsi yay mövsümündə yanğına qarşı qabaqlayıcı işlərin həyata keçirilməsinə toxunulub.
Bildirilib ki, Şəmkir rayonunda cari ildə 60/hektar yeni meşə sahəsi salınıb ki, onun da mühafizəsi etibarlı həyata keçirilir. Rayonda qanunsuz ağackəsmə və bu sahəyə aid digər neqativ hallar aradan qaldırılıb. Ayrıca rayon üzrə 8400/hektar meşə massivində son illərdə yanğın qeydə alınmayıb.
Müəllif:İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB