Ordumuzun 40 dəqiqəsi

İrəvanda gizlədilən hansı faktlar üzə çıxdı?

Azərbaycan Müdafiə naziri Zakir Həsənovun RİA Novisti Informasiya Agentliyinə verdiyi müsahibə Ermənistanda zəlzələ effekti yaradıb. İşğlaçı ökənin müxalifəti aprel döyüşlərinə diqqətə çəkib, Serj Sarkisyanın əslində cəmiyyətə yalan danışdığını qeyd edib. “Sarkisyanın yalanları üzə çıxdı”, “Aprel müharibəsinin həqiqətləri bilindi” kimi başlıqlı yazılarda erməni prezidenti başda olmaqa dönəmin Müdafiə naziri Seyran Ohanyan, eləcə də düşmən ordusundakı generalların həbs edilməsi tələbi əksini tapır. Azərbaycan ordusunun 40 dəqiqə ərzində illərdir qorunan müdafiə xəttini yarması Ermənistan silahlı qüvvələrinin birmənalı olaraq məğlubiyyəti adandırılıb. Rejmin erməni xalqını açıq şəkildə təhlükə qarşısında qoyduğu qabardılıb.

Yazılarda bildirilir ki, Azərbaycan Müdafiə nazirinin fikirləri sanki İrəvana düşən ağır artileriya zərbəsinə bənzəyib. Dolayısı ilə aprel döyüşlərində nələrin baş verdiyi aşkar realıqla ortaya qoyulub. Müxalifət həmçinin Azərbaycanın Rusiyadan silah alması, Bakı-Moskva hərbi əməkdaşlığına da geniş yer ayırıb. İrəvanda əsas dayaq nöqtəsi adlandırılan Kremlin Sarkisyan hakimiyyətini müdafiə etmədiyi, mütəffiq anlayışının isə xüsusi düşünülən qondarma siyasi gediş olduğu bildirilir. Ermənistan və Dağlıq Qarabağdakı hərbi xuntanın Moskvanın Bakıya silah satması qarşısında aciz qaldığını, bu ölkənin xarici siyasətinin ən böyük iflası kimi qələmə verilir. Diqqət çəkən ən önəmli faktlar arasında Rusiya Müdafiə naziri Serqey Şoyqunun Zakir Həsənovdan prossesin dayandırılmasını xahiş etməsini Ermənistan üçün məğlubiyyətin əsasının qoyulduğu kimi xarakterizə edilir. Bununla da Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəviyə keçəcəyi təqdirdə Ermənistanda daha ağır faciələrin yaşanacağı qabardılıb.

Ümumiyyətlə Ermənistanın siyasi dairələrində Zakir Həsənovun açıqlamaları geniş müzakirə və mübahisə mövzusu olub. Erməni analitikləri ölkələri üçün sarsıdıcı həqiqətin Azərbaycanın hərbi və diplomatik qüdrəti qarşısında gücsüz olmasında görür. Qarabağ kartını ortalığa atmaqla illərdir öz xalqını ac vəziyyətdə saxlayan Sarkiyanın sadə ermənilər qarşısında limitinin tükəndiyi, ölkədə kütləvi etiraz dalğasının an məsələsi olduğu da aşkar şəkildə etiraf edilir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə