Samux rayonunda avtomobil yollarının əsaslı və cari təmiri aparılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 30 saylı Yol İstismarı MMC tərəfindən Samux-Yenikənd yolunun 65/km əsaslı, 21/km cari təmir edilib. Bundan əlavə Samux İnstitut Qəsəbəsi Əhmədbəyli avtomobil yolunun 1.7 km əsaslı 5 km cari təmir edilib.Aparılan tədbirlər nəticəsində rayon mərkəzi ilə Kürqırağı yaşayış massivlərini birləşdirən avtomobil yolları da diqqət mərkəzində saxlanılır. Ümumilikdə yay aylarında yolların deformasiyaya uğraması amili nəzərə alınaraq mütəmadi şəkildə təmir bərpa işləri görülür.
İşlərə 100-dən artıq canlı qüvvə, 20-yə yaxın texnika cəlb edilib.
Müəllif:İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB