Polis veteranları hesabat verdilər

Polis veteranları hesabat verdilər

Ölkəmizin müxtəlif bölgələrində polis veteranları mütəmadi olaraq cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında onlarda dövlətə və dövlətciliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunmasında bilik və təcrübələrini bölüşürlər.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin birinci yarısında ərazi polis orqanlarının veteranları respublika üzrə orta məktəblərdə, liseylərdə, kütləvi tədbirlərdə böyüməkdə olan nəsil və ictimaiyyət nümayəndələri ilə müxtəlif mövzularda iki minə yaxın görüş keçiriblər.

Həmçinin DİN-nin Vetranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Sülemanov və Şuranın üzvü, istefada olan polis polkovniki Ramiz Axundov cəbhəyanı bölgələrdə həmin rayonların İcra Hakimiyyəti və Polis Şöbələrinin təşkilatçılığı, veteran şuralarının, tədris müəssisələrinin müəllim, şagird və dinləyicilərinin, şəhid polis ailə üzvlərinin, hərbi qulluqçuların iştirakı ilə "Gənclərin milli vətənpərvərlik tərbiyəsi" mövzusunda tədbirlər keçiriblər.

Qeyd edək ki, ilin birinci yarısında polis veteranları ümumilikdə respublika üzrə 2644 cinayətin acılmasında yaxından iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə