Rumıniya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku və xanımı Mihaela İanku Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında (ARNK) yanında Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Rumıniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Ejen İonesko, Mirça Kerteresku və digər tanınmış rumın ədiblərinin əsərlərindən söz açılıb, artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Rumıniyada, rumın yazıçı və şairlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB