Əbülfəz Süleymanlı: "Demokratiya getdikcə ailələrin nikahlara müdaxiləsini azaldır, nəticədə bu gün boşanmaların sayı çoxalır" - MÜSAHİBƏ
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və hüquq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar birliyinin icraçı direktoru Əbülfəz Süleymanlının SİA-ya ekslüziv müsahibəsi:
- Azərbaycan Respublikasının Konstitusiyasına əsasən nikah üçün yaş həddi 18 müəyyən edilib. Bu yaşda gənclər ailə həyatına nə dərəcədə hazır hesab edilir?
- Bu yaşlarda olan gənclərin ailə həyatına hazır olub-olmaması tamamilə fərdi məsələdir. Elə gənc var ki 18 yaşında evliliyə tam hazır olur, hər cür ailə məsuliyyətini daşıya bilir. Amma, elə gənc də var ki, bunun tam əksinə onun üçün erkən yaşda qurulan ailə faciə ilə nəticələnə bilər. Bu bir çox psixoloji və sosioloji amillərdən, əsasən də dünyagörüşündən asılı olan məsələdir. Ona görə də erkən yaş düşüncəsini bütün cəmiyyətə aid etmək düzgün deyil.
- Bəzi valideynlərin orta təhsili bitirən qızlarını ailə həyatına yönləndirməsi doğru seçimdir?
- Təbii ki, orta təhsili bitirən kimi qızların ailə həyatı qurması arzuolunan deyil. Yaxşı olar ki, qızlar ilk olaraq hər hansısa bir sənətə yiyələnmək haqqında düşünsünlər. Bu onların həm sosial, həm də gələcək taleyi baxımından çox önəmlidir. Erkən yaşda valideynlər övladlarını ailə həyatına yönləndirsələr də, təhsil unudulmamalıdır. Təhsilin natamamlığı ailədə xüsusən də qızlar üçün fəsadlı nəticələr verə bilər.
- Təhsilli qadın ilə təhsilsiz qadının tərbiyə etdiyi övladlar arasında fərq olurmu? Varsa bu gözlə görünən dərəcədə olur?
- Ailədə təhsil çox vacib amillərdəndir. Çünki, ən azından qadınları ana kimi düşündüyümüz zaman bilirik ki, övlad yetişdirmək kimi vəzifələri var. Təhsilli qadının analığı ilə təhsilsiz qadının analığı arasında bir fərq yoxdur, amma təhsilli ananın yetişdirdiyi övladla təhsilsiz ananın yetişdirdiyi övlad arasında fərq olur. Bu bəzən dünyagörüşündə, bəzən də ətraf mühitlə münasibətdə özünü göstərir.
- Ailələrin erkən yaşda evliliklərə meyli nə ilə bağlıdır? Niyə subaylıqla keçən zaman ailələri qorxuya salır?
- Övladlarının tez bir zamanda ailə həyatı qurmasını arzulayan valideynləri qınamaq düzgün deyil. Çünki, bir sıra tədqiqatlar da bunu sübut edir ki, zaman keçdikcə və yaş ötdükcə həm qız, həm də oğlanlar üçün seçim çətinləşir. Digər tərəfdən də bəli, subaylıqla keçən zaman valideynləri nigarançılığa aparır. Amma qeyd edim ki, bu gün Azərbaycanda ailə həyatı qurmayan qızların həyati fəsadları və yanlış seçimləri əfsuslar olsun ki getdikcə çoxalır.
- Ailələrin övladların seçimlərinə müdaxiləsi həqiqitən də onların taleyi üçün düzgündür, yoxsa bu seçim tam sərbəst olmalıdır?
- Əlbətdə düzgündür, hətda son dövrlərdə ailələrin seçimlərə müdaxiləsi daha da çox olmalıdır. Zəmanəmizdə demokratiya getdikcə ailələrin nikahlara müdaxiləsini azaldır. Bunun da nəticəsində bu gün boşanmaların sayı çoxalır. Sərbəst seçim bu günki gənclərə uyğun deyil. Gənclər bir nəfəri sevir və ailənin düşüncələrinə heç bir önəm vermədən davranışlarının doğru, seçimlərinin ideal olduğunu düşünərək yollarına davam edir, sonda isə hətda valideyinlərin qərarlarına da qarşı çıxaraq ailə həyatı qururlar. Nəticədə isə bir-birini sevən, dəbdəbəli saraylarda evlənən iki gənc çox az bir müddət sonra ayrılmaq üçün məhkəməyə üz tuturlar. Çünki, xarakterlər uymur, arada psixoloji uyumsuzluq yaranır sadəcə zahiri gözəllik və aldadıcı hisslər onların gözlərini bağlayır və reallığı arxa plana keçirir. Ona görə də gənclərin özbaşına qərarlar verməsinə qəti surətdə qarşı çıxılmalı və ailələrin müdaxiləsi mütləq şəkildə olmalı, hətda artmalıdır. Amma onu da qeyd edim ki, bu əsla təzyiq üsulu ilə olmamalıdır. Çünki bu cür təzyiqlərin nəticəsi aldatma, boşanma hətda bir çox hallarda intiharla da nəticələnə bilər.
- Boşanmaların səbəbi sırf yanlış seçimləmi əlaqəlidir?
- Təbii ki yox, boşanma əsasən psixoloji uyğunsuzluqdan və dözümsüzlükdən irəli gəlir. Əvvəllər xarakter uyğunsuzluğu ilə nə qədər rastlaşsaq da boşanmaların sayı bu dərəcədə deyildi. Çünki əvvəllər ailələrdə dözümlülük var idi. İndi isə tamam fərqlidir. Biraz fərqliliklə üzləşən kimi dərhal məhkəmələrə üz tutulur, çünki artıq ailə qurmaq və boşanmaq adiləşib. Buna görə də gəncləri özbaşına buraxmaq lazım deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB