Füzuli rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib
Füzuli rayonu Horadiz şəhərində Füzuli, Beyləqan və Cəbrayıl rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev, Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev çıxışında Azərbaycan Ordusunun ən müasir hərbi texnika və silahlarla təchiz edildiyini qeyd edərək işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə inandığını bildirib.
Daha sonar çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzulayıblar.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Füzuli rayonunun özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB