Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb:
Dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Əli oğlu Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci və 41.0.2-ci maddələrini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB