Gəncliyə Yardım Fondunda “Tək bir yol var – Onun yolu” sənədli filminin təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, film SƏS TV prodakşn tərəfindən hazırlanıb. Tədbirdə “Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Komitəsi”nin sədri Nəbi Qafarov, tibb elmləri namizədi, ictimai xadim Rəşid Mahmudov və digərləri iştirak edib.
Təqdim edilmiş “Tək bir yol var – Onun yolu” sənədli filmində Azərbaycanı arzusunda olduğu müstəqilliyə qovuşdurmuş Ulu öndər Heydər Əliyev yolu təsvir edilib və dahi şəxsiyyət haqqında xatirələr əks olunub.
Mərasimdə çıxış edənlər bildiriblər ki, bu gün bütün bəşəriyyət insanlar arasında sülhün bərqərar olması üçün axtarışdadır. Çağdaş dünyanın qarşısında duran ən mühüm problemlərdən biri fərqli sivilizasiyalar, dinlər, mədəniyyətlərarası anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılmasıdır. Bu baxımdan Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoq sahəsində ardıcıl təşəbbüsləri beynəlxalq aləmdə layiqli rezonans doğurub.
Vurğulanıb ki, dünyada gedən münaqişələrə, iqtisadi tənəzzülə baxmayaraq, ölkəmizdə mövcud olan sabitlik, iqtisadi, siyasi, mədəni inkişaf, quruculuq mühiti Azərbaycan dövləti tərəfindən aparılan müdrik siyasətin nəticəsidir.
Qeyd olunub ki, fond tərəfindən Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə bir sıra filmlər də hazırlanıb.
Tədbir müzakirələr əsasında davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB