"Dövlət qulluğuna qəbulla əlaqədar sınaq imtahanları və təlim prosesi sentyabrdan başlanacaq. Oktyabrda isə sertifikasiyaya aid olan yeni test imtahanının keçirilməsi nəzərdə tutulur". SİA-nın xəbərinə görə, bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Hazırda imtahanın necə keçirilməsi ilə bağlı müzakirələrin aparıldığını deyən M. Abbaszadə hüquqi imtahandan öncə sınaq imtahanların keçiriləcəyini qeyd edib: "Bu, kifayət qədər mürəkkəb prosesdir. Hazırda müxtəlif təsnifatlara aid olan ixtisaslarla bağlı müzakirələr aparılır. Təbii ki bu modellə əlaqədar ilk hüquqi imtahan keçirməmişdən əvvəl dövlət qulluğu ilə bağlı sınaq imtahanları və təlimlər keçirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB