Deputat YAP Xəzər rayon təşkilatı ilə Milli Aviasiya Akademiyasının ilk partiya təşkilatının birgə tədbirində iştirak etmişdir.
Milli Aviasiya Akademiyasında YAP Xəzər rayon təşkilatı ilə Milli Aviasiya Akademiyasının İlk Partiya Təşkilatının YAP siralarına qəbul edilmiş partiya üzvlərinə üzvülük vəsiqələrinin təqdim olunmasına həsr olunmuş birgə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisə Xəzər rayonundan seçilmiş deputat Rauf Əliyev, Xəzər rayon İHB-nın I müavini Vaqif Nəsənov, Milli Aviasiya Akademiyasının Rejim və Tərbiyə işləri üzrə prorektoru, Milli Aviasiya Akademiyasının İlk Partiya Təşkilatının sədri Ənvər Həzərxanov, Tədris İşləri üzrə prorektor Ədalət Səmədov, YAP Xəzər rayon təşkilatının sədr müavini İlham İslamov, Aparat rəhbəri İlham Məmmədov Akademiyanın professor-müəllim heyyəti, tələbələr, qonaqlar və KİV-nin nümayəndələri iştirak ediblər.
Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əiyev, Akademiyanin Rejim və Tərbiyə üzrə prorektoru, Milli Aviasiya Akademiyasının İlk Partiya Təşkilatının sədri Ənvər Həzərxanov, Akademiyanın Tədris İşləri üzrə prorektoru Ədalət Səmədov, Kadrlar və Kərgüzarlıq şöbənin rəisi Ağaşükür Hüseynov, Dünya İqtisadiyyatı kafedrasının böyük lobarantı Şəhla Nüseynova, Fizika-Texnologoya fakultəsinin tələbəsi Güldəstə İsayeva çıxış ediblər. Tədbirdə çıxış edənlər Milli Aviyasiya Akademiyasının fəaliyyətində əldə olunmuş uğurlardan danışaraq, bu uğurların əldə olunmasında Akademiyanın rektoru Akademik Arif Paşayevin müstəsna xidmətlərini qeyd ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan biri də Aviasiya sahəsi üzrə müasir tələblərə cavab verən, yüksək ixtisaslı mütəxəssislər hazırlayan Milli Aviasiya Akademiyasının yaradılması olmuşdur. Hazırda Akademiya aviasiya, aviakosmik sənaye, mexanika, iqtisadiyyat və hüquq sahələri üzrə tədris kursları təqdim edən nüfuzlu təhsil müəssisəsidir. Akademiya “Milli Aviasiya mərkəzi” adı ilə yaradılmış və sonradan Nazirlər Kabinetinin 24.02.1994-cü il tarixli 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyasına çevrilmişdir.
Ötən illər ərzində Akademiya Dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı nəticəsində və Akademiyanın rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində aviasiya sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayan nümunəvi təhsil mərkəzinə çevrilmişdir. Əgər Akademiyada 1992-1993-cü tədris ilində iki ixtisas üzrə 80 nəfər tələbə qəbul olunmuşdursa, hazırda Akademiyada iki mindən çox tələbə təhsil alır.
Akademiya yüksək ixtisaslı mütəxəssislər hazirlamaqla yanaşı Xəzər rayonunu ictimai-siyasi həyatinda da fəal surətdə iştirak edir. Akademiyanın kollektivi rayonda keçirilən bütün ictimai-siyasi tədbirlərdə yaxından iştirak edirlər. Akademiyada fəaliyyət göstərən YAP ilk təşkilatı partiya üzvülərinin sayına görə YAP Xəzər rayon təşkilatinda birinci sıradadır. Hal-hazırda ilk partiya təşkilatında partiya üzvülərinin sayı 400 nəfərə yaxındır. YAP-nın sıralarına üzv olmaq istəyənlərin sayı durmadan artır. Bu gün onlara YAP-ın üvülük vəsiqələri təqdim olunacaq. Bu bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilmiş Gənclər siyasəti ölkəmizdə uğurla həyata keçrilir və ildən-ilə daha çox gənc ölkəmizin ictimai-siyasi həyatında iştirak edir.
Daha sonra Rauf Əliyev hazırda nəinki, Azərbaycanda, eləcə də beynəlxalq ictimayyətdə geniş müzakirə olunan 2 yaşlı körpə Zəhra Quliyeva və onun nənəsinin cinayətkar erməni ordusu tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələyə münasibət bildirərək qeyd etdi ki, əlləri minlərlə günahsız azərbaycan vətəndaşının qanına batmış Ermənistanın cinayətkar rəhbərliyi bir daha dünyaya göstərdi ki, onlar üçün insan həyatının, azyaşlı körpələrin belə heç bir qiyməti yoxdur. Bütün dünya növbəti dəfə erməni vəhşiliyinin şahidi oldu. Ancaq onlar cinayətkar əməllərinin layiqli cavabını alirlar və alacaqlar. Azərbaycan Ordusu işğal altında olan torpaqların düşməndən azad etməyə tam hazırdır.
Çıxışının sonunda Rauf Əliyev YAP-ın sıralarına daxil olan partiya üzvülərini təbrik etdi və onlara işlərində uğurlar diləyib.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Xəzər rayonunun ictimai-siyasi həyatında və YAP Xəzər rayon təşkilatının inkişafında göstərdiyi fəaliyyətinə gərə Milli Aviyasiya Akademiyasının rektoru akademik Paşayev Arif Mircəlal oğlu YAP Xəzər rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub.
Sonra Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirak etdiyilərinə görə Akadmiyanın bir qurup işçisinə YAP Xəzər rayon təşkilatının Fəxri Fərmanı verilib.
Tədbirin sonunda YAP-nın sıralarına qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB