PA rəsmisi: "Dövlət qulluqçularının ixtisasının artırılması ilə bağlı yeni tələblər ortaya qoyulmalıdır"
"Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatlar aparılıb. Ölkəmizdə dövlət qulluğu sahəsi də bu islahatlardan kənarda qalmayıb və Ümummilli lider Heydər Əliyevin dövründə Azərbaycanda dövlət qulluğu sahəsində islahatlar aparılıb. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericlik bazası yaradılıb". SİA-nın məlumatına görə, bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının (PA) Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov deyib.
PA rəsmisi qeyd edib ki, Azərbaycanda dövlət qulluğuna qəbul və bu sahədə fəaliyyətin davam etdirilməsi üçün qanunvericlikdə dəyişiklik edilib: "Dövlət orqanları dövlət qulluqçularının işinin qiymətləndirməsini düzgün həyata keçirməli, kadr potensialından düzgün istifadə etməlidir. Qiymətləndirmənin nəticəsindən asılı olaraq, dövlət qulluqçularının həvəsləndirilməsinə diqqət yetirilməlidir. Dövlət qulluqçularının ixtisasının artırılması ilə bağlı yeni tələblər ortaya qoyulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə