Misir Mərdanov: “ABU-dan digər ali məktəblərə köçürülən tələbələr müəyyən olunan təhsil haqqını mütləq ödəməlidirlər” - AÇIQLAMA

Misir Mərdanov: “ABU-dan digər ali məktəblərə köçürülən tələbələr müəyyən olunan təhsil haqqını mütləq ödəməlidirlər” - AÇIQLAMA
Rayonlardan paytaxta oxumağa gələn tələbələrin yataqxana ilə təmin olunması məsələsi dövlətin diqqətindədir. SİA-nın verdiyi xəbərə görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, yataqxanalarda yerləşən qaçqın və məcburi köçkünlər üçün yaşayış məskənləri tikilib və tezliklə bu yataqxanalar boşaldılacaq. Lakin bu işin tezliklə həll edilməsinin mümkün olmadığını deyən nazir bunun tədricən həyata keçiriləcəyini dilə gətirib. O vurğulayıb ki, həmin yataqxanalar boşaldıqdan sonra təmir edilərək tələblərin ixtiyarına veriləcək.

Daha sonra Azərbaycan Beynəlxalq Universitetininin (ABU) bağlanmasına baxmayaraq buraya tələbə qəbulu ilə bağlı verilən elanlarla bağlı məsələyə də aydınlıq gətirən M. Mərdanov bu xəbərin yanlış olduğunu deyib. Universitetinin bağlandığını və orada tələbə qəbulunun aparılmadığını bir daha vurğulayan nazir həmin ali məkətəbdə qanunu təhsil alan tələbələrin müvafiq digər özəl ali məktəblərə köçürüldüyünü də xatırladıb.

Köçürülən ali məktəblərdə təhsil haqqının yüksək olmasına gəlincə isə: " Təhsil haqqı ali məktəblərin özləri tərəfindən müəyyən olunur. Burada Təhsil Nazirliyi heç nə edə bilməz. Ona görə də həmin tələbələr müəyyən olunan təhsil haqqını mütləq ödəməlidirlər",- deyə M. Mərdanov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə