Dövlət qulluğuna dair konfrans keçirilir YENİLƏNİR

Dövlət qulluğuna dair konfrans keçirilir YENİLƏNİR

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov, "Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digərləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd iştirakçılara dövlət qulluğuna dair qanunvericilikdə edilən dəyişikliklər barədə məlumat vermək, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparmaqdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə