Bu gün Qarabağda 3 erməni yaralanıb. SİA Ermənistan mediasına istinadən xəbər verir ki, bunlar hərbi qulluqçular 1969-cu il təvəllüdlü Robert Qasparyan, 1997-ci il təvəllüdlü Hambardzum Hartyunyan, 1998-ci il təvəllüdlü Vahe Badalyandır.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi bir qədər öncə cəbhədəki vəziyyət barədə məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.
Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə