Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların, xüsusən də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Sizə dərin hüznlə başsağlığı verir və həmçinin cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən dərin narahatlığımızı bildiririk. Ermənistanın 1994-cü ildə əldə olunmuş atəşkəs rejimini tez-tez pozması azərbaycanlı uşaqlar da daxil olmaqla mülki əhalinin ölümünə səbəb olur. Ermənistan ordusunun azərbaycanlı mülki əhaliyə və obyektlərə qarşı bu hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulması deməkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təcrübəli və peşəkar üzvləri kimi münaqişənin davamlı sülh və dialoq yolu ilə həlli məsələsində Sizə dəstək olmağa hazırıq.

Cənab Prezident, xahiş edirik başsağlığı diləyimizlə bərabər, ən yüksək ehtiramımızı qəbul edin.

Hörmətlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:

Rosen Plevneliev,
2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti

Recep Meydani,
1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti

Valdis Zatlers,
2007-2011-ci illərdə Latviya Respublikasının Prezidenti

Bütün xəbərlər Facebook səhifəmizdə