Həsən Qarayev: “İki yaşlı uşağın qətli Sarkisyanın terrorcu mahiyyətini ortaya qoyur"
“Sarkisyanın işğal olunan Azərnaycan ərazilərində yerləşdirdiyi terrorçu qruplaşmasının davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması Sarkisyan rejiminin Xocalı soyqırımında törətdiyi amansız qətliamın davamıdır”. Bunu SİA-ya acıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına münasibət bildirərkən bildirib.
Onun sözlərinə görə, 2 yaşlı Zəhranın qətlə yetirilməsi Sarkisyanın terrorcu mahiyyətini bir daha nümayiş etdirdi: “Beynəlxalq təşkilatların susması onların münaqişənin həllinə ikili yanaşmalarının göstəricisidir. Daha hansı hadisələr baş verməlidir ki, dünya birliyi Ermənistana qarşı cəza tədbirləri həyata keçirmək üçün hərəkətə keçsin. Vəziyyət belə davam etsə aprel döyüşlərinin təkrarlanması və Erməni ordusunun sarsıdıcı zərbələr alması qaçılmazdır. Yəni, 2016-cı ilin aprelində olduğu kimi yenidən düşmən öz layiqli cəzasını almalı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB