Nəsimi rayonunda aparılan abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir FOTO
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilən və hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.
İnsan sağlamlığının və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil təmizliyin qorunmasıdır. Bu məqsədlə rayonun 4-cü mikrorayon ərazisindəki M. Cəlal küçəsi boyunca keçirilən növbəti iməclik zamanı ərazi müxtəlif məişət tullantılarından təmizlənərək, təmizlik işləri aparılmış, ərazi qurumuş alaq otlarından, kollardan təmizlənmiş, mövcud yaşıllıqlara qulluq edilib və digər təmizlik işləri görülüb.
Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, M.Cəlal küçəsi 54 və 56 saylı binaların həyətlərində əhalinin ümumi istifadəsində olmalı olan, özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılıb, ərazidəki məişət tullantıları daşınıb, qanunsuz quraşdırılmış konstruksiyalar və alacıqlar sökülüb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda uğurla davam etdirilir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mikrorayonlarda aparılan abadlıq, quruculuq və yenidənqurma işləri sakinlər tərəfindən razılıqla qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB