Kardiologiya Xəstəxanasına 1162 nəfər müraciət edilib

Kardiologiya Xəstəxanasına 1162 nəfər müraciət edilib

Cari ilin 6 ayı ərzində Gəncə Regional Kardiologiya Xəstəxanasına 1162 nəfər müraciət edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, xəstələrin 50%-dən çoxu ətraf rayonların sakinləridir. Müraciət edənlərin əksəriyyətinin şikayəti kəskin infarkt, xroniki ürək çatışmazlığı ilə bağlı olub.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərin yaş həddi 55-70 arasındadır. Havaların isti keçməsi ürək xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə ciddi təsir etdiyindən, hazırda xəstələrin sayında artım müşahidə olunur.

Müəllif: İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə