“Gənclərin Mədəni İnkişafına Dəstək” İB sonuncu tədbirini keçirib

“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” mövzusunda sonuncu tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihə də həyata keçirilir.

Layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. Layihə çərçivəsində sonuncu maarifləndirici tədbir Bakı şəhərində yeniyetmə və gənclərin iştirakı ilə keçirilmişdir. Tədbirdə ilk öncə layihə rəhbəri Cavid Əliyev çıxış edərək layihənin məqsədi , keçirilmə səbəbi və layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlərlə bağlı iştirakçıları məlumatlandırmışdır. Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunu prezidenti Rauf Zeyni bu sahədə görülmüş işlər barədə geniş məlumat verərək təlim iştirakçılarına uğurlar arzulamışdır.Rəsmilərin çıxışları yekunlaşdıqdan sonra təlimçi Vüsalə Xəlilova tərəfindən gənclərə sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təlim keçirilmişdir. Təlim yekunlaşdıqdan sonra layihədən daha çox şəxsin faydalanması üçün müxtəlif ərazilərdə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə