İki Sarqsyan: baba və qatil

Dünən Füzuli rayonunun Alxanlı kəndi Ermənistan ordusunun işğal etdikləri Azərbaycan torpaqlarından intensiv atəşə məruz qaldı. Dinc sakinlər öldü və yaralandı. Ölənlər arasında iki yaşlı Zəhranın olması insanları bir daha düşündürdü, Azərbaycanın hansı ölkə ilə müharibə apardığı, onun rəhbərinin uşaq qatili olduğu bir daha təsdiq olundu. Bir daha unudulmayan, qan yaddaşımız olan Xocalı soyqırımı yada düşdü. Özünü humanist millət kimi təqdim edən ermənilərin iç üzü göründü, maskasının yamağı yırtıldı...

Yazının yuxarısına qoyduğumuz şəkilə diqqətlə baxın: Bu, Ermənistanın prezidenti, qucağındakı isə onun, yəni silahlı qüvvələrinin ali baş komandanı Serj Sarqsyanın nəvəsidir. Yanındakı şəkil isə dünən Sarqsyanın əmri ilə öldürülən iki yaşlı Zəhradır. Dünya ictimaiyyəti hələ də susur. Uşaq qatilinə heç bir büynəlxalq qurum demir ki, 25 ildir Azərbaycan torpaqlarını niyə işğal etmisən, sənin və ordunun Füzulidə nə ölümü var? Bəli, dünya ölkələri, həmsədr dövlətlər susur. Onlar kiçik Zəhranın ölümünə, öldürülməsinə susurlar. Niyə? Ona görə ki, Zəhra azərbaycanlıdır, onun valideynləri işğalçı Ermənistan ordusundan qorxmur?

Bəs insanlıq harda qaldı, CƏNABLAR?

Bütün xəbərlər Facebook səhifəmizdə