Ermənilər Füzulidə dinc sakinləri atəşə tutub - VİDEO

Qadın və onun 2 yaşli nəvəsi həlak olub
Ermənilər Füzulidə dinc sakinləri atəşə tutub - VİDEO

Ermənistan ordusu Alxanlı kəndini axşam saatlarında mina atanlardan və digər iri çaplı silahlarından intensiv atəşə tutuması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.

SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində aldıqları qəlpə yarsından 51 yaşlı Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 1 yaş yarımlıq (18aylıq) Quliyeva Zəhra Elnur qızı hadisə yerindəcə həyatlarını itiriblər. Onların qohumu, 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanaraq“N” saylı hərbi hospitala çatdırılıb hal hazırda vəziyyəti orta ağırdır.

Kəndin minaatanlardan atəşə tutulması nəticəsində həyatını itirmiş Sahibə Quliyeva və 18 aylıq nəvəsi Zəhra Quliyevanın meyitləri isə Zovcuq-5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib.

Qeyd edək ki Sahibə Quliyeva və nəvəsi Zəhra Quliyeva bugün Alxanlı kəndində dəfin olunacaqlar

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə