Yolum Şərur elinə düşəndə beynimdə həmişə fərqli düşüncələr hərlənir. İstər-istəməz xəyal gəmisində illər öncəyə qayıdır, tarixə qısa səyahət edirəm.
Şüşə kimi yolları, şoran torpaqlarda qol-budaq atan ağacları, ilan mələyən, tikan-qanqal basmış düzlərdə dəniz kimi dalğalanan taxıl zəmilərini, kərpic-kərpic tikilən Kəngərli rayonunu, Şərurun yan-yana düzülmüş abad kəndlərini, Arpaçaydan evlərə süzülən nuru, işığı, zəmilərə axan bərəkəti, Oğlanqalada, Qızqalada vərəqlənən tariximizi, göz işlədikcə uzanan düzənliklərdə soğan, kartof, taxıl əkən zəhmətkeş insanları, bara dolan meyvə bağlarını görəndə insan muxtar respublikanın digər bölgələri kimi, bu yerlərin də çox dəyişildiyinin şahidi olur.
Xüsusilə, bu günlərdə dalğalı dənizi xatırladan taxıl zəmiləri adamı illər öncəyə aparır, çörək növbələri, un qıtlığı yada düşür.
Yaxşı yadımdadı, 1990-cı illərdə dağ kəndlərinə, eləcə də böyüdüyüm Kükü kəndinə ara-sıra un maşını gələrdi və camaat zor-bəla ilə bir kisə un alardı. İnanın ki, kəndimizə un gətirən maşının üstündən neçə adam yıxılıb qolun-qıçın qırmışdı. Yəni insanlar şəhərdə çörək növbəsinə, kənddə un növbəsinə durmağa məcbur idilər. Müharibə gedirdi, Naxçıvan blokadaya salınmışdı, ölkənin başında oturanlar xalqın, dövlətin yox, oturduqları kreslonun qeydinə qalırdı, bir sözlə, gündəlik çörək tapmaq müşkül məsələyə çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışından sonra insanların sönmüş ümidləri, arzuları da özlərinə qayıtdı. Milli liderin xalqına, xalqın isə öz xilaskarına olan sonsuz inamı, güvəni yavaş-yavaş bütün işləri sahmanına qoydu, təsərrüfatlar özəlləşdirildi, zəmilər əkildi, insanlar torpağının sahibinə çevrildi, gün-güzəran yaxşılaşdı.
O illərdən xeyli keçmişdi, hardasa 1998-ci il olardı. Kəndimizdəki dükandan un almağa getmişdik. Unun urvatın soraq edəndə satıcı Çingiz dedi ki, bəs bu yerli undur, Şərurdan gəlib, almağınız məsləhətdir. İki kisə un alıb üz tutduq evə. Nənəmə satıcının dediklərini deyəndə onun gözləri doldu, hətta bizi qucaqlayıb şükr edə-edə ağladı. O vaxt nənəmin niyə ağladığını və bu gün də yaddaşımdan silinməyən sözlərini böyüyəndən sonra başa düşdüm: "Ay bala, torpaq çörəyi, insan əməyi ilə yüksələr. Öz torpağının taxılın biçən, çörəyin yeyən xalq əyilməz, güclü, vüqarlı olar".
Əslində nənəmin bu sözlərində böyük hikmət vardı. Çörək tarixən xalqın sərvəti olmaqla yanaşı, həm də qüdrəti hesab olunub. Həqiqətən, istər qədim zamanlarda, istərsə də müasir dövrdə o məmləkət güclü hesab edilib ki, onun çörəyi bol olsun.
Naxçıvan qədim insan məskəni olduğundan bu torpaqda təsərrüfatçılıq ənənələri də min illər əvvəl formalaşıb, insanlar əkinçiliklə geniş şəkildə məşğul olublar. Qədim yaşayış məskənlərindən tapılan kömürləşmiş buğda və arpa, eləcə də müxtəlif formalı təndirlər, daş dən hovuzları (Kükü kəndində iki qədim dən hovuzu bu gün də qalır), su dəyirmanları çörək bişirilməsi üçün istifadə olunan əşyalar və əkinçilik alətləri bu ərazidə buğda bitkisinin becərilməsinin və çörək bişirilməsinin qədim tarixə malik olduğunu göstərir.
Tarixboyu çörək andımız, alqışımız olub, qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib, çörək evin ruzi-bərəkəti hesab edilib, bir tikə duz-çörəyin mənəvi yükü dostluğun, yoldaşılığın məhvərinə çevrilib. Bu gün brend məhsula, damaq dadımıza çevrilən, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı olan Naxçıvan çörəklərinə – lavaş, dəstana, qalın, tapı və başqalarına tələbat çoxdur. Ötən il keçirilən "Naxçıvan çörəkləri" festivalı da Naxçıvanda müqəddəs nemət çörəyə verilən dəyərin, ən əsası isə bolluq və bərəkətin daha bir ifadəsi olmaqla yanaşı, həm də əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliği işinə mühüm töhfə verdi.
Bu gün Naxçıvanda bir qarış torpaq belə boş qalmır. Torpaqların hamısı rayonlaşıb, hansı torpaqda nə əkmək lazımdır müəyyənləşdirilib, suyu çəkilib qoyulub başının üstünə, torpaq mülkiyyətçilərinə texnika verilib, istehsal etdikləri məhsulun bazarı yaradılıb. Taxıl əkinində ən mütərəqqi metodlar öyrənilib tətbiq olunur. Ta "necə və nə gəldi əkim, necə gəldim suvarım, iki ildən sonra da torpağı şoran edim" halları yoxdur. Aylarla kombayn növbəsi də gözlənilmir. Biçin kompaniyası uzanmır, məhsul zay olmadan vaxtında tədarük edilir. Biçin işlərini sınıq-sökük, bir hektarı biçib sona çatdıranadək on dəfə təmirə dayanan kombaynlar yox, iş əmsalı yüksək, rahat, manevrli, kondisionerli kombaynlar aparır. Lizinq yolu ilə torpaq mülkiyyətçilərinə, fermerlərə o qədər texnika satılıb ki, artıq şum da, əkin də, biçin də optimal müddətdə başa çatdırılır.
İndi şəhərdə çörək, kənddə un növbəsi yoxdur. Demək olar ki, əksər kəndlərdə ən azından bir çörək sexi fəaliyyət göstərir. Şəhərdə bişirilən çörəklər hər gün dan yeri sökülməmiş artıq kənddəki xidmət mərkəzlərinə çatdırılır. Zəmilərdən, bostanlardan bərəkət yağır. Halallıq, ruzi-bərəkət ətri duyulur. Çəkilən zəhmət fermerin, kəndçinin qazancını bol, güzəranını xoş edir, anbarlar taxılla dolur, nəticədə isə ərzaq təhlükəsizliyimiz təmin olunur. Ən müasir taxıl anbarlarında, dəyirmanlarda biçin başlayan kimi taxılın qəbulu da aparılır. Toxumçuluq təsərrüfatları növbəti ilin toxum tədarükünü görür.
Naxçıvanın çay ətrafı kəndlərinin hamısında vaxtilə su dəyirmanları olub. Bu dəyirmanlarda üyüdülən buğda unu həm keyfiyyətinə, həm də dadına-tamına görə seçilir. Ruzi-bərəkət rəmzi kimi baxılan su dəyirmanları haqqında maraqlı adətlər, mərasimlər, el məsələlləri və atalar sözləri yaranıb. Yəni bu gün əslində su dəyirmanları tarixi-mədəni irsimizin bir parçasıdır. Son illər Naxçıvanda 3 su dəyirmanı bərpa edilib. Turizmin dünyada cövlan etdiyi və sağlam qidalanmanın ön plana çəkildiyi bir vaxtda qəbul edilən bu qərarın böyük iqtisadi, mədəni və sosial dəyəri vardır.
Onu da deyim ki, Naxçıvanda taxıl sahələrindən bol məhsul götürmək o qədər də asan məsələ deyil. Burada kəskin kontinental iqlim şəraiti, eləcə də yağıntıların az olması, torpaqların şoranlaşmaya meyilliliyi özü ilə bərabər bir sıra çətinliklər gətirir. Amma bunun da öhdəsindən gəlinib. İndi mütəxəssislər, aqronomlar əkində də, biçində də kəndlinin yanındadır. İzahat, maarifləndirmə işləri, aparılan söhbətlər, ən əsası isə iqlimə, şəraitə uyğun toxum sortlarından istifadə mövcud çətinlikləri aradan qaldırıb. Toxumçuluq təsərrüfatlarının səmərəli fəaliyyəti, biçin kompaniyasının vaxtında aparılması itkisiz və bol məhsul yığımına imkan verir. Bir sözlə, atalar demişkən, dənizçinin məharəti fırtınalı dənizdə məlum olan kimi, Naxçıvan taxılçılarının məharəti də şoranlaşmaya meylli torpaqlarda ərsəyə gətirdikləri zəmilərlə, istehsal etdikləri bol taxılla bəlli olur.
Təbii ki, su tökməklə dəyirman işləməz. Gərək zəhmət çəkəsən, məsləhət verməkdən çox qolunu çırmayıb iş görəsən. Vətəni sevməyi əməlinlə, işinlə göstərəsən. Naxçıvan dəyirmanlarının da gecə-gündüz işləməsinin səbəbi də bax budur: Zəhmət və yurd sevgisi. Bu dəyirmanın suyu zəhmət təridir. Naxçıvanın iyirmi beş ildən artıq blokadada olmasına baxmayaraq böyük inkişaf yolu keçməsinin, ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasının da səbəbi budur: Zəhmət və yurd sevgisi. Bu gün həm xarici bazarlara, həm də ölkəmizin digər bölgələrinə hər gün tonlarla Naxçıvan məhsulu göndərilir. Naxçıvanın yazda göycəsi və pencəri, yayda əriyi, şaftalısı, pomidoru, bibəri, badımcanı, payızda alması, cəvizi, balı, pendiri, yağı, lavaşı, qışda quru meyvələri, əti, müxtəlif ev məhsulları qapı-qapı axtarılır. Əsrlər sonra da axtarılacaq. Çünki bu torpağın bərəkəti aşıb-daşır. Elə biçininin qızğın çağında olduğumuz barlı-bərəkətli taxıl zəmiləri kimi... Əkən də, yığan da, qəbul edən də razıdır.
Məhsulumuz bol, ruzimiz bərəkətli, təknəmiz unlu, təndirimiz daim yanar, çörək – lavaş ətirli olsun...
Ülvi Hüseynli
Naxçıvan
Xəbər lenti
Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Hadisə 15 Oktyabr 11:47Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - YENİLƏNİR
Siyasət 15 Oktyabr 11:45Soyuducunu açıb nə axtardığımızı unutduğumuz anlar - KÖŞƏ
Sosial 15 Oktyabr 10:58Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



