“Azərbaycan Türkiyəni əvəz edərək turizm istiqamətləri üzrə birinci yeri tutur”
Gündəlik ərəb dilində nəşr edilən və ölkədə böyük oxucu kütləsinə malik “Əl-Siyəsə” qəzetində “Azərbaycan Türkiyəni əvəz edərək turizm istiqamətləri üzrə birinci yeri tutur” başlıqlı məqalə nəşr edilib.
Bu barədə SİA-ya Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən məlumat verilib.
Məqalədə müəllif bu ilki səyahət mövsümünün bir çox sürprizlərə malik olduğunu vurğulayır və regionda cərəyan edən siyasi hadisələrin, körfəz ölkələri arasında yaranmış böhranın təsiri, turistlər üçün səyahət xəritəsində yeni yerlərin axtarışına gətirib çıxardığı qeyd olunur. Bu kimi və sair məsələlər turistlərin Türkiyə, Bankonq, Malayziya kimi turistik yerlərdən imtina edərək ən öndə gələn yeni istiqamətlərə - Azərbaycan, Bosniya və Gürcüstana üz tutduqları bildirilir.
Turizm sahəsindəki ekspertlərin və turizm şirkətlərinin məsul şəxslərinin “Əl-Siyəsə” qəzetinə verdikləri açıq müsahibələrində, son dövrlərdə Türkiyənin küvetli turistlərin 30-40 faizini itirdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə