Azərbaycan Dillər Universiteti beynəlxalq elmi konfransa ev sahibliyi edəcək - Özəl

Azərbaycan Dillər Universiteti beynəlxalq elmi konfransa ev sahibliyi edəcək - Özəl
Noyabrın 25-26-da Azərbaycan Dillər Universitetində (ADU) "Mədəniyyətlərarası Dialoq: linqvistik, pedaqoji və ədəbi xüsusiyyətlər" adlı beynəlxalq elmi konfrans keçiriləcək. ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın SİA-ya verdiyi xəbərə görə, konfrans Azərbaycan Dillər Universiteti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. 2 gün davam edəcək konfransın işçi dili Azərbaycan, rus və ingilis dilləridir.

Konfransda bir neçə istiqamətlər üzrə müzakirələr aparılacaq. Bunlara "Mədəniyyətlərarası dialoq xalqlar və insanlar arasında qarşılıqlı anlaşma vasitəsi kimi", "Ədəbiyyat müasir kulturoloji paradiqmlər kontekstində", "Dil mədəniyyətlərarası ünsiyyətin əsas amili kimi" və "Mədəniyyətlərarası dialoqun dil öyrənmədə rolu" üzrə istiqamətlər daxildir.

Konfransın I günü plenar iclas və bölmə iclaslarında çıxışlar, müzakirələr dinləniləcək. II gün isə bölmələrdə çıxışlar olacaq, sonda konfransın nəticələrinə dair yekun sənəd qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə