Şəmkirdə gücləndirilən iş rejimi tətbiq olunub

Şəmkirdə gücləndirilən iş rejimi tətbiq olunub

Şəmkir rayonunda əkin sahələrinin suvarılması istiqamətində Şəmkir Suvarma Sistemləri İdarəsi tərəfindən gücləndirilmiş iş rejimi tətbiq olunub. Qurumun rəisi Elman Quliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bu məqsədlə ötən il Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə 15 ədəd su quyusu qazılaraq istismara verilib: “Bu il isə daha 7 su quyusu istismara veriləcək. Yeni artezianlar əsasən suvarmaya ehtiyacı olan ərazilərdə qazılıb. Təxminən 2000 ha ərazi suvarma ilə tam təmin olunur".

Qeyd edək ki, qurum yay aylarında gücəndirilən iş rejiminə keçib.

Müəllif: İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə