Nazir Şəkidə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 7-də saat 12:30-da Şəki şəhərində vətəndaşlarla görüşəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən məlumata görə, nazir Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyənlər "[email protected]" elektron poçt ünvanı, 1 655 Çağrı Mərkəzi, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlaya bilərlər. Vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Şəki rayonunda (024) 244 87 90, Oğuz rayonunda (024) 215 29 99, Qəbələ rayonunda (024) 205 25 99, Qax rayonunda (024) 255 29 80, Zaqatala rayonunda (024) 225 29 99, Balakən rayonunda isə (024) 295 17 00 nömrəli telefonlara zəng etmək lazımdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə