Günün isti saatlarında çölə çıxmayın! Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq

"Yay mövsümü müddətində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı ümumilikdə 7 nəfər müraciət edib, onlardan yalnız ikisi hospitallaşdırılıb". Bu Barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, hospitallaşdırılan iki nəfərdən biri qadın, digəri kişi olub: " Hazırda günvurma ilə bağlı qlobal müraciət yoxdur. Əksinə ötən illərin hazırki dövrü ilə müqayisədə müraciət edənlərin sayında azlıq müşahidə olunur".

"Səhiyyə Nazirliyi hazırki hava şəraiti ilə əlaqədar olaraq günün isti saatlarında insanlara imkan daxilində açıq havada olmamağı məsləhət görürür. Çıxdıqları zaman çətir və ya digər qoruyuculardan istifadə etmələri tövsiyə olunur"- deyə, nazirlik əməkdaşı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə