"İki çimərlikdə yalnız istirahət etmək olar, çimmək yox" RƏSMİ

"İki çimərlikdə yalnız istirahət etmək olar, çimmək yox" RƏSMİ

"Ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı növbəti monitorinq nəticəsində ölkə ərazisində iki çimərlikdə dəniz suyunda bakterioloji çirklənmə aşkar edilib". Bu barədə SİA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, bakterioloji çirklənmə aşkar edilən Bakının Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyində dəniz suyundan istifadə qadağan edilib: "Sahil və Şıx çimərlikləri hazırda fəaliyyət göstərir. Lakin vətəndaşlara həmin çimərliklərdə yalnız istirahət etmək tövsiyə olunur. Bu ərazilərdə dəniz suyundan istifadə etmək qadağandır".

Digər çimərliklərdəki vəziyyətə gəlincə, Z. Kazımov digər çimərliklərdə vəziyyətin normal olduğunu dilə gətirib: "Hazırda digər çimərliklərdə vəziyyət qənaətbəxşdir. Vətəndaşlar digər çimərliklərin suyundan istifadə edə bilərlər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə