Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, müraciətdə hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmamaq, hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmamaq tövsiyyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə