"Qızmar hava çaylarda suyun səviyyəsini azaldacaq" AÇIQLAMA

“Hazırda Azərbaycanda havanın temperaturu digər illərin eyni dövrü ilə müqayisədə 1-2 dərəcə yüksəkdir. Amma buna baxmayaraq, iyul ayının orta aylıq temperaturunun Bakıda 26-27 dərəcə, Mərkəzi Aran rayonlarında isə 27-28 dərəcə olacağı proqnozlaşdırılır". Bu fikirləri SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

İyun ayının ilk günlərində havanın qızmar keçməsinin Azərbaycanın hidrologiyasına xeyli dərəcədə təsir göstərəcəyini dilə gətirən M. Həsənov bildirib ki, hazırki hava şəraiti ilk növbədə çaylarda suyun səviyyəsinin aşağı düşməsinə səbəb olacaq: “Çaylarda, xüsusilə Türyançay, Vəlvələçay, Qusarçay, Girdimançay çaylarında suyun miqdarının azalması gözlənilir ki, bu da nəticə etibarı ilə ümumi su ehtiyatlarına təsir edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə