Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir. Ötən illərdə Fond Argentina Respublikasının Azərbaycandakı səfirliyi ilə daimi əməkdaşlıq edib.
SİA-nın Fonda istinadən verdiyi məlumata görə, Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Diva Elmin İnkişafı Fondunda olub.
Fondun icraçı direktoru Elçin Babayev görüşdə Azərbaycan və Argentina arasındakı əlaqələrin davamlı əsaslarla inkişaf etdiyini, digər sahələrdə olduğu kimi, elmi əməkdaşlığın da yeni dövrün tələblərinə uyğun olaraq qurulduğunu, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində reallaşdırıldığını qeyd edib, birgə müsabiqələr haqqında məlumat verib. Konkret təklif kimi, Azərbaycan və Argentina alimlərinin birgə əməkdaşlığının təşkil edilməsi, bu məqsədlə Azərbaycanın Bakı, Gəncə və Naxçıvan şəhərlərində kənd təsərrüfatı sahəsindəki məsələləri, görülən işlərin müzakirəsini əhatə edəcək birgə seminarların keçirilməsi ideyaları irəli sürülüb.
Səfir Karlos Diva iki ölkə arasında ən müxtəlif səviyyələrdə mövcud olan siyasi, iqtisadi və humanitar münasibətləri xarakterizə edib.
Səfirlik tərəfindən Azərbaycan və Argentina alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB