Şirvanda polisin peşə bayramı qeyd edildi FOTOLAR

Şirvanda polisin peşə bayramı qeyd edildi FOTOLAR

Polisin peşə bayramı Şirvanda qeyd edilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhər polis şöbəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin keçdiyi həyat yolunu əks etdirən fotolara baxış keçirilib. Polis şöbəsində davam edən bayram tədbirində Şirvan şəhər polis şöbəsinin rəisi Hikmət Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-sinin ölkədə Polis Günü elan olunduğunu diqqətə çatdırıb və bu günə kimi Azərbaycan polisinin əmin-amanlığın, sabitliyin qorunmasında xidmətlərindən ətraflı bəhs edib. Polis rəisi mərasim iştirakçılarına daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olan və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəhər polis şöbəsinin rəisi H.Quliyevin Azərbaycan polisinin Cümhuriyyət dövründən bu günə kimi keçdiyi şanlı tarixindən danışaraq ətraflı məlumat verib. Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və daxili işlər naziri Ramil Usubovun qarşıya qoyduğu vəzifələrin öhdəsindən rəşadətlə gəldiyini diqqətə çatdıran polis rəisi məlumat üçün bildirib ki, cari ildə baş vermiş cinayətlərin üstünün açılma faizi 90 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz yüksək göstəricidir. Şəxsi əmlaka qarşı törədilən cinayətlərin açılma faizi 85 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur.

Bayram tədbirində iştirak edən Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov qeyd edib ki, Azərbaycan polisinin peşə bayramı Ulu Öndərimiz Heydər Əliyev tərəfindən çətin və şərəfli peşə sahibi olan polislərimizə verilən yüksək qiymət idi. Azərbaycan polisi ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısıdır, deyən M.Camalov dövlətçiliyimizin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi müqəddəs işlərində polis işçilərinə uğurlar arzulayıb.

Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev, Şirvan şəhər prakroru Həsən Hənifəyev, polis veteranı Firudin Qəhrəmanov və Milli Qəhərman Nizami Hüseynov çıxış edərək polis əməkdaşlarını bayram münasibəti ilə təbrik ediblər.

Sonda polis əməkdaşı, Qarabağ müharibəsi iştirakçısı, Şirvan şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Qədir Hüseynova daxili işlər nazirinin əmri ilə verilmiş polkovnik-leytenant zabit rütbəsi təqdim edilib. Həmçinin veteran polislərə və xidmətdə fərqlənən bir qrup polis işçisinə pul mükafatları təqdim edilib.

Bundan əlavə 15 iyun 2017-ci il tarixdən ənənəvi olaraq polis gününə həsr olunmuş 12 yerli komandalar arasında futbol turniri keçirilib. 15 gün ərzində keçirilən futbol turnirində finalda 2 komanda arasında mübarizə aparılıb. Finalda futbol meydançasında polis şöbəsi ilə görüşən Bank komandası turnirin qalib olmuşdur. Finalda qalib olan komandanın üzüvlərinə Şirvan polis şöbəsinin rəisi Hikmət Quliyev tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə